Azərbaycanda gələn il mənzil-kommunal təsərrüfatına 417 mln. manat ayrılacaq

Azərbaycanda gələn il mənzil-kommunal təsərrüfatına 417 mln. manat ayrılacaq Həmin vəsaitin 181 mln. manatı kommunal və abadlıq işlərinin aparılmasına yönəldiləcək
İnfrastruktur
15 Sentyabr , 2015 15:01
Azərbaycanda gələn il mənzil-kommunal təsərrüfatına 417 mln. manat ayrılacaq

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində mənzil-kommunal, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, yanacaq və enerji, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 1 157,9 mln. manat həcmində vəsaitin ayrılması proqnozlaşdırılır.

Bu barədə "Report" Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş 2016-cı ilin dövlət və icmal büdcələrinin layihələrinə istinadən xəbər verir.

Məlumatda qeyd olunub ki, bu xərclərin dövlət büdcəsi məxaricinin tərkibində xüsusi çəkisi 7,1%-ə bərabər olmaqla, cari illə müqayisədə 1,4 faiz bəndi çoxdur. Mənzil-kommunal təsərrüfatı xərcləri üçün gələn ilin dövlət büdcəsi xərclərinin 2,6%-i həcmində və yaxud 416,8 mln. manat vəsait ayrılacaq. Həmin vəsaitin 181,4 mln. manatı və yaxud 43,5%-i rayon və şəhərlərdə mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsinə, kommunal və abadlıq işlərinin həyata keçirilməsi işlərinə yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi