“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb Nazirlər Kabineti prezidentin sərəncamına əsasən qərar qəbul edib
İnfrastruktur
3 İyul , 2016 02:25
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb

Bakı. 3 iyul. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, qərara görə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti yaradılıb.

Qərar “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası prezidentinin 2016-cı il 11 aprel tarixli sərəncamının 7.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi