Azərbaycanda əhalinin hər bir nəfərinə 0,18 ha əkin sahəsi düşür - ƏLAVƏ OLUNUB

Azərbaycanda əhalinin hər bir nəfərinə 0,18 ha əkin sahəsi düşür - ƏLAVƏ OLUNUB Akif Əlizadə: "MDB ölkələrində bu göstərici 0,81 ha təşkil edir"
İnfrastruktur
13 İyun , 2017 11:48
Azərbaycanda əhalinin hər bir nəfərinə 0,18 ha əkin sahəsi düşür - ƏLAVƏ OLUNUB

İlk xəbər 11:31-də verilib

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan torpaq ehtiyatları ilə az təmin olunub, ölkə əhalinin hər bir nəfərinə 0,18 ha əkin sahəsi düşür.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Azərbaycanda torpaq idarəçiliyində kadastr coğrafi informasiya məlumatlarından istifadənin elmi -praktiki əsasları" elmi -praktiki konfransda çıxışı zamanı Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bildirib. 

"MDB ölkələrində bu göstərici 0,81 ha təşkil edir. Azərbaycanda əkin sahəsi respublikanın ümumi ərazinin 20%-ni təşkil edir. Məsələn, Ukraynada bu göstərici 80% təşkil edir. Biz torpaq ehtiyatlarımızdan maksimum səmərəli şəkildə istifadə etməliyik",- deyə A.Əlizadə qeyd edib.

***

A.Əlizadənin sözlərinə görə, dünyada müşahidə edilən iqlim dəyişikliyi Azərbaycanda da hiss olunur. Ölkə ərazisində günəşli günlərin sayı çox müşahidə edilir. Respublika ərazisinin 1 kv.sm sahəsinə 116-150 kilokalori istilik düşür.

"Məsələn, Almaniyada günəşli günlərin sayı Azərbaycanla müqayisədə daha azdır. Amma bu ölkə alternativ enerji mənbələrindən daha geniş istifadə edir. Azərbaycanda günəşli günlər 2000-2800 saat arasında dəyişir. Azərbaycanda havanın orta illik temperaturu 0,5-1,4 dərəcə yüksəlib. Bu cür hava şəraiti istisevər bitkilər üçün münbit şərait hesab edilir, ildə 2 dəfə məhsul götürməyə imkan verir", - deyə AMEA prezidenti əlavə edib.

Son xəbərlər

Orphus sistemi