Yuxarı

Azərbaycanda dövlət qurumlarının saytlarının işi müvəqqəti dayandırılıb

Bu, saytlarda aparılan profilaktik işlərlə bağlıdır

Bakı. 22 fevral. REPORT.AZ/ Azərbaycanda dövlət qurumlarının rəsmi veb-saytlarının işi müvəqqəti olaraq dayandırılıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a verilən məlumata görə, ümumilikdə, ölkədə internetlə bağlı heç bir problem yoxdur, dövlət qurumlarının rəsmi saytlarına girişdə yaranan problemlər isə aparılan profilaktik işlərlə bağlıdır: "Adətən dövri olaraq bu cür işlər aparılır. Yaxın saatlarda onların fəaliyyətinin bərpa olunacağı gözlənilir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi