Yuxarı

Azərbaycanda dəmir yolunun yaranmasının 135 illiyi ilə əlaqədar sənədli film çəkilib

Filmdə ölkənin  dəmir yolunun inkişaf mərhələləri əks olunub

Bakı. 12 oktyabr. REPORT.AZ/Azərbaycanda dəmir yolunun yaranmasının 135 illiyi ərəfəsində "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi sənədli film hazırlayıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, "Dünyaya Açılan Pəncərə” adlanan filmdə Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və onun inkişaf mərhələləri, 1941-1945-ci illərdə Azərbaycan dəmiryolçularının öz iş fəaliyyətlərinin istiqamətini dəyişərək, ön cəbhənin tələblərinin yerinə yetirilməsi və qələbənin tezləşdirilməsinə yönəltməsi, 1941-ci il iyulun 23-də qatarların hərəkətinin xüsusi hərbi qrafikə keçirilməsi, sərnişin vaqonlarının sanitar vaqonları kimi yenidən quraşdırılması, Bakı Vaqon Təmiri Zavodunda döyüş sursatlarının istehsal edilməsi tarixi görüntülərlə öz əksini tapıb.

Eyni zamanda Azərbaycan dəmir yolunun inkişafının ən sürətli və parlaq dövrünün mərhum prezident Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-ci illəri əhatə etməsi, həmin illərdə illərdə 14 300 texniki yeniləşmə metodunun tətbiq edilməsi əks olunur.

Filmin məsləhətçisi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, rejissoru Nadir Əzməmmədov, ssenari müəllifi Vasif Süleyman, operator və montaj edəni Xəqani Hüseynzadədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi