Azərbaycanda dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur

Azərbaycanda dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur Dartı yarımstansiyaları üzrə işlər 2016-cı ilin sonunda başa çatacaq
İnfrastruktur
26 Noyabr , 2015 10:23
Azərbaycanda dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur

Bakı. 26 noyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi, bütün sahələr kimi, elektrik təchizatı sisteminin də müasir tələblərə cavab verən və qənaətcil sistemə keçirilməsinə xüsusi önəm verir. 

"Report" QSC-nin Mətbuat Katibliyinə istinadən xəbər verir ki, hazırda Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kV-luq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi istiqamətində işlər 4 sahə üzrə mərhələlərlə davam etdirilir.

1-ci hissə Böyük-Kəsik-Gəncə, 2-ci hissə Gəncə-Ucar, 3-cü hissə Ucar-Hacıqabul, 4-cü hissə Hacıqabul-Bakı sahəsindədir.

Bu sahələr üzrə artıq Böyük Kəsik, Ağstafa, Düyərli, Alabaşlı, Goran, Ləki, Müsüslü, Sığırlı, Hacıqabul, Ələt, Lökbatan və Keşlə stansiyalarında, ümumilikdə 12 yeni dartı yarımstansiyası tikilib. Hazırda tamamlama işləri görülür. Eyni zamanda kontakt şəbəkəsində dayaqların quraşdırılması, kontakt naqillərının çəkilməsi davam edir. Dartı yarımstansiyaları üzrə işlər 2016-cı ilin sonunda başa çatacaq.

Qeyd edək ki, keçmiş SSRİ məkanında ilk dəfə dəmir yolu xəttinin ellektrikləşdirilməsi Azərbaycanda həyata keçirilib: 1925-ci ilin mart ayında Bakı-Sabunçu dəmir yolu xəttinin ellektriklləşdirilməsi işlərinə başlanıb və 14,5 ay ərzində həmin işlər başa çatdırılıb. 1926-cı il iyulun 26-da Abşeronun məşhur neft rayonları olan Sabunçu və Suraxanıya ilk elektrik qatarları hərəkət etməyə başlayıb.

Son xəbərlər

Orphus sistemi