Azərbaycanda dəmir yolunun Atbulaq-Ələt mənzilindəki yol əsaslı təmir olunur

Azərbaycanda dəmir yolunun Atbulaq-Ələt mənzilindəki yol əsaslı təmir olunur Təmir işləri bir həftə davam edəcək
İnfrastruktur
22 Avqust , 2017 09:31
Azərbaycanda dəmir yolunun Atbulaq-Ələt mənzilindəki yol əsaslı təmir olunur

Bakı. 22 avqust.REPORT.AZ/ Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Bu gün isə Atbulaq-Ələt mənzilində 12 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. 

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a daxil olan məlumatda bildirilib.

Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 336 km dəmir yolu əsaslı təmir olunub. 

Son xəbərlər

Orphus sistemi