Yuxarı

Cavid Qurbanov: "Azərbaycanda dəmir yollarının ətrafında tikilən qanunsuz tikililərin siyahısı hazırlanır"

Hazırda qanunsuz tikililərin siyahıya alınması işləri gedir

Bakı. 12 dekabr. REPORT.AZ/ "Azərbaycanda dəmir yollarının ətrafında tikilən qanunsuz tikililərin siyahısı hazırlanır". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, hazırda qanunsuz tikililərlə bağlı məsələyə baxılır: "Bununla bağlı yeni məlumat yoxdur, olacağı təqdirdə ictimaiyyətə açıqlanacaq. Hazırda qanunsuz tikililərin siyahıya alınması işləri gedir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi