Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi azalıb

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi azalıb Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi 28359,3 min ton olub
İnfrastruktur
9 Sentyabr , 2016 20:38
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi azalıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda bu ilin yanvar-iyul ayları ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınan yüklərin həcmi 28359,3 min ton, yük dövriyyəsi isə 5396,9 milyon ton-km olub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 18223,5 min tonu və ya 64,3%-i avtomobil nəqliyyatı, 7576,1 min tonu və ya 26,7%-i dəmir yolu nəqliyyatı, 2559,7 min tonu və ya 9%-i dəniz nəqliyyatı ilə daşınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dəhliz vasitəsilə daşınan yüklərin həcmində 8,2% azalma müşahidə edilib. Bunun əsas səbəbi dəmir yolu və dəniz nəqliyyatı ilə yük daşınmasındakı azalmalar (müvafiq olaraq 18,5% və 34%) olub.

Qeyd olunan dövrdə avtomobil nəqliyyatı ilə daşınan yüklərin həcmi 2,8% artıb. Dəhliz vasitəsilə daşınan yüklərin 14,8%-ni və ya 4197,9 min tonunu tranzit yüklər təşkil edib. Bu ilin yanvar-iyul aylarında dəhliz vasitəsilə 196,7 milyon sərnişin daşınıb, sərnişin dövriyyəsi 3959,3 milyon sərnişin-km olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınan sərnişinlərin sayı 2,3%, sərnişin dövriyyəsi isə 1,4% artıb.

Son xəbərlər

Orphus sistemi