Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 14% artıb

Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 14% artıb Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 161 442 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.
İnfrastruktur
16 Noyabr , 2017 14:14
Azərbaycanda daşınmaz əmlakın dövlət qeydiyyatı 14% artıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 161 442 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

“Report” Əmlak Məsələləri Dövlət Komitəsinə (ƏMDK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur.

Məlumata görə, sözügedən göstəricinin 48 083-ü və yaxud 29,8%-i ilkin, 113 359-u və yaxud 70,2% isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 31 156-sı fərdi yaşayış və bağ evi, 41 889-u mənzil, 81 652-si torpaq sahəsi, 2 980-i qeyri-yaşayış binası, 2 869-u qeyri-yaşayış sahəsi, 628-i əmlak kompleksi, 118-i çoxmərtəbəli yaşayış binası, 150-si isə çoxillik əkmələr olub.

Son xəbərlər

Orphus sistemi