Azərbaycanda dairəvi dəmir yolunda 1 250 metr yolunun qoyuluşu həyata keçirilir

Azərbaycanda dairəvi dəmir yolunda 1 250 metr yolunun qoyuluşu həyata keçirilir Yolun qoyuluşu iki gün davam edəcək
İnfrastruktur
30 Noyabr , 2016 13:34
Azərbaycanda dairəvi dəmir yolunda 1 250 metr yolunun qoyuluşu həyata keçirilir

Bakı. 30 noyabr. REPORT.AZ/ Bakı-sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29,2 km uzunluğunda dairəvi dəmir yolu təmir olunur. Bu gün Nərimanov-Böyükşor mənzilində daha 1 250 metr yolun qoyuluşuna başlanılıb. Yolun qoyuluşu iki gün davam edəcək. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib. 

"Əsaslı təmir işlərini “Dəmiryolservis” MMC-nin 1 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi həyata keçirir. İşlər mərhələli şəkildə aparılır", - deyə N.Əzməmmədov əlavə edib.

Qeyd edək ki, dairəvi dəmir yolunun əsaslı təmirinə noyabr ayının 8-də start verilib. Əvvəlcə Nərimanov-Böyükşor mənzilində 2,2 km uzunluğunda olan hissənin torpaq yatağı işlənib, sonra yolun qoyuluşuna başlanılıb. Atrıq 1 800 metr uzunluğunda yol qoyulub.

Dairəvi dəmir yolunun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Son xəbərlər

Orphus sistemi