​Azərbaycanda daha iki kəndə içməli su verilib

​Azərbaycanda daha iki kəndə içməli su verilib Şəmkir rayonunun Hacıalılar və Düzqışlaq kəndlərində yeni su təchizatı sistemləri istifadəyə verilib
İnfrastruktur
30 Oktyabr , 2015 19:05
​Azərbaycanda daha iki kəndə içməli su verilib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Şəmkir rayonunun Hacıalılar və Düzqışlaq kəndlərində yeni su təchizatı sistemləri istifadəyə verilib. "Report"un “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, Şəmkir rayonunun Hacıalılar kəndinin su təchizatı sisteminin yaradılması layihəsi 500-dək sakinin su təchizatının yaxşılaşdırılmasına hesablanıb.

Kəndi içməli su ilə təmin etmək üçün su mənbəyi bulaqlar seçilib. Bulaqlardan götürülmüş suyun istehlakçılara çatdırılması məqsədi ilə, hər birinin tutumu 30 kubmetr olan 4 ədəd anbar tikilib, nasos stansiyası və transformator quraşdırılıb. Bununla yanaşı 500 metr magistral, 750 metr kəndarası su xətləri çəkilmiş, kəndin müxtəlif yerlərində 3 ədəd bulaq quraşdırılıb. Gələcəkdə bulaqların sayının artırılması nəzərdə tutulub.

Qeyd edək ki, indiyə qədər Hacıalılar kəndində içməli su şəbəkəsi olmayıb və kənd sakinləri suyu fərdi qaydada uzaq məsafədə yerləşən bulaqlardan gətirirdi.

Şəmkir rayonunun Düzqışlaq kəndinin dəmir yol stansiyası ərazisində 60 kubmetrlik su çəni və paylayıcı şəbəkə olsa da əhalinin su təminatında problemlər yaşanırdı. Yeni subartezian quyusunun qazılmasından sonra 600 nəfər əhalisi olan kəndin dayanıqlı su təchizatı təmin edilib.   

Son xəbərlər

Orphus sistemi