Yuxarı

Azərbaycanda daha bir sement zavodu tikiləcək

2016-cı ildə şirkətin işçilərinin sayı 2 minə yüksələcək

Bakı. 27 yanvar. REPORT.AZ/ "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük tövhə vermək niyyətindədir. Bu məqsədlə şirkət Qazax rayonunda ikinci sement zavodunun tikintisini həyata keçirməyi planlaşdırır". 

"Report"un məlumatına görə, bunu şirkətin baş direktoru Göksel Aybek deyib.

"Keçən il 91 min ton klinker ixracatı həyata keçirilib. 2016-cı ildə 200 min ton klinkerin ixracatı üçün artıq müqavilə imzalanıb", - G.Aybek bildirib.

Qeyd edək ki, korporasiya 2016-cı ilin büdcəsinə görə 350 mln. manat dövriyyə planlaşdırır. Şirkətin 2013-cü ildə istehsalat sahələrində 800 nəfər işçi çalışıb, 2016-cı ildə bu rəqəm 2 minə yüksələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi