Azərbaycanda daha bir körpü qəzalı vəziyyətə düşüb

Azərbaycanda daha bir körpü qəzalı vəziyyətə düşüb "Azeryolservis" ASC: Hazırda körpüyə baxış keçirilir və qəzanın qısa müddətə aradan qaldırılması üçün rəy hazırlanır
İnfrastruktur
28 May , 2015 16:06
Azərbaycanda daha bir körpü qəzalı vəziyyətə düşüb

Bakı. 28 may. REPORT.AZ/ Ələt-Astara-İran sərhədi avtomobil yolunun 72-ci kilometrliyində, Mil-Muğan kollektorunun üzərində yerləşən avtomobil körpüsü qəzalı vəziyyətə düşüb.

"Report"un "Azeryolservis" ASC-yə istinadən verdiyi xəbərə görə, körpünün qəzalı vəziyyətə düşməsinin səbəbi normadan artıq yüklənmiş ağır tonnajlı maşınların intensiv hərəkətidır.

Hadisə bu gecə saat 03:00 radələrində baş verib. Bakı şəhəri istiqamətində hərəkət edən daha bir normadan artıq yüklənmiş ağır tonnajlı maşının körpü üzərindən keçməsindən sonra körpünün 2-ci və 3-cü aşırımlarının 4 aşırım tirində sınma baş verib. Nəticədə həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Hazırda körpünün digər hərəkət hissəsi ilə hər iki istiqamətə minik avtomobillərinin hərəkəti növbəli şəkildə təmin olunur. Alternativ olaraq ağır tonnajlı maşınlar isə Ələt-Astara-İran sərhədi avtomobil yolunun 90-ci kilometrliyindən, Biləsuvar rayonu ərazisindən yeni salınan avtomobil magistralına çıxıb “servis yolu”ndan istifadə etməklə yenidən Ələt-Astara-İran sərhədi avtomobil yolunun 57-ci kilometrliyinə çıxa bilərlər.

“Azəryolservis” ASC-nin mütəxəsisləri tərəfindən qəzalı vəziyyətə düşmüş avtomobil körpüsünə baxış keçirilir və qəzanın qısa müddətə aradan qaldırılması üçün müvafiq rəy hazırlanır.

Qeyd edək ki, 1991-ci ildə inşa olunmuş və 5 aşırımdan ibarət körpünün uzunluğu 90 metr, eni isə 18 metrdir. 

Son xəbərlər

Orphus sistemi