Azərbaycanda daha 3 MMMC dövlət qeydiyyatından keçib

Azərbaycanda daha 3 MMMC dövlət qeydiyyatından keçib Ayrı-ayrı ünvanlarda yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi davam etdirilir
İnfrastruktur
27 Avqust , 2015 18:30
Azərbaycanda daha 3 MMMC dövlət qeydiyyatından keçib

Bakı. 27 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Mənzil Məcəlləsindən irəli gələn məsələlərin və mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərin təbliği, çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqinin sürətləndirilməsi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) yaradılmasının dəstəklənməsi nəticəsində daha 3 MMMC - “Yasamal-1”, “Yasamal-3” və “Səbail-2” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətləri Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən bildirir ki, bununla da Bakı şəhərində Binəqədi və Yasamal rayonlarının hər birində 4, Səbail rayonunda 2, Nəsimi və Xətai rayonlarında isə hər birində 1 MMMC olmaqla, dövlət qeydiyyatından keçən MMMC-lərin sayı 12-yə çatıb.

Hazırda ayrı-ayrı ünvanlarda yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, eləcə də Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin yaradılması ilə bağlı müvafiq işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi