Azərbaycanda bütün torpaqların elektron kadastr uçotu sistemi yaradılacaq

Azərbaycanda bütün torpaqların elektron kadastr uçotu sistemi yaradılacaq Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə və Şəkidə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsini davam etdirir
İnfrastruktur
18 Aprel , 2016 19:35
Azərbaycanda bütün torpaqların elektron kadastr uçotu sistemi yaradılacaq

Bakı. 18 aprel. REPORT.AZ/ Bakı və Sumqayıt şəhərləri üzrə böyük kadastr layihələrindən sonra hazırda Komitə Gəncə və Şəki şəhərlərində “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsini davam etdirir. Bu barədə “Report”a Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Məluamat görə, 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaradılması planlaşdırılır:

“Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb və bu proses bu ildə davam etdirilib. Bununla bağlı yanvar ayında ictimai təqdimat keçirilib, tədbirdə bu istiqamətdə görülən işlər barədə iştirakçılara və mediaya ətraflı məlumatlar verilib. Yaradılacaq sistem təyinatından və mülkiyyət növündən asılı olmayaraq ölkənin bütün torpaqları barədə məlumatları əhatə etməklə, torpaqların dəqiq sərhədləri, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları və digər zəruri məlumatlar da öz əksini tapacaq. Bakı və Sumqayıt şəhərləri üzrə böyük kadastr layihələrindən sonra hazırda Komitə Gəncə və Şəki şəhərlərində “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsini davam etdirir. Artıq Gəncədə bu layihə yekunlaşıb, bu ilin yarısında isə Şəkidə layihənin yekunlaşması nəzərdə tutulur. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaradılmasına nail olmaqdan ibarətdir”.

Son xəbərlər

Orphus sistemi