Yuxarı

​Azərbaycanda bu il yük daşımaları 4%-dək azalıb

Sərnişin daşınması isə 2%-dək artıb

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən bu ilin yanvar-aprel aylarında 66 mln. ton yük və 595,6 mln. sərnişin daşınıb. 

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,8% azalıb, sərnişin daşınması isə 1,8% artıb. Yük daşınmasında müşahidə olunan geriləmə dəniz, dəmir yolu və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Yüklərin 59,9%-i avtomobil, 30,6%-i boru kəməri, 7%-i dəmir yolu, 2,5%-i dəniz nəqliyyatı ilə daşınıb. 

Sərnişinlərin 87,8%-i avtomobil, 12,1%-i metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi