Azərbaycanda bir sıra ərazilərdə torpaqların üst münbit qatının daşınması hallarının qarşısı alınıb

Azərbaycanda bir sıra ərazilərdə torpaqların üst münbit qatının daşınması hallarının qarşısı alınıb ƏMDK kənd təsərrüfatına yararlı torpaqların üst münbit qatının daşınması halları ilə bağlı monitorinqlər keçirib
İnfrastruktur
3 May , 2017 11:57
Azərbaycanda bir sıra ərazilərdə torpaqların üst münbit qatının daşınması hallarının qarşısı alınıb

Bakı. 3 may. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) kənd təsərrüfatına yararlı torpaqların üst münbit qatının müxtəlif ərazilərə daşınması halları ilə bağlı monitorinqlər keçirib. Bu barədə “Report”a ƏMDK-dan bildirilib.

Məlumatda deyilir ki, Qobustanda keçirilən monitorinqlər Komitənin müffətişləri və hüququ mühafizə orqanlarının birgə əməkdaşlığı ilə baş tutub. Bu monitorinqlər zamanı bir neçə ərazidən ayrı-ayrı şəxslər tərəfindən torpaqların üst münbit qatı götürülərək ağır tonnajlı avtomobillərlə Bakı və digər böyük şəhərlərə aparılması halları aşkar edilib. Bununla da, bir hektardan çox kənd təsərrüfatı təyinatlı torpaq sahələri yarasız hala salınıb.

Bunun qarşısının alınması məqsədi ilə Komitənin torpaq müfəttişləri ilə hüquq mühafizə orqanlarının birgə keçirdiyi reydlər nəticəsində belə hallara yol verən şəxslərə protokol yazılıb, müvafiq qaydada cərimə tətbiq olunub. Avtomobillər isə ərazi polis şöbəsinə aparılıb.

Qeyd edək ki, belə qanunsuzluqların qarşısının alınması üçün İnzibati Xətalar Məcəlləsində cərimələr, Cinayət Məcəlləsində isə azadlıqdan məhrum etmə cəzası müəyyən olunub. Torpaqların münbit qatını korlayan fiziki şəxsləri 600-1000 manat, vəzifəli şəxsləri 2000-3000 manata, hüquqi şəxsləri isə 6000-8000 manat cərimə gözləyir.

Torpaqlaırn münbit qatının daşınması hallarına Şamaxı, Qobustan, İsmayıllı, Xızı rayonlarının ərazisində, eləcə də cənub bölgəsində daha çox rast gəlinir. Belə halların qarşısının alınması ilə bağlı da müxtəlif bölgələrdə davamlı monitorinqlər keçirilir.

Ümumilikdə, bu istiqamətdə aparılan reydlər nəticəsində 50-dən artıq torpağın münbit qatının daşınması halları aşkar edilərək qarşısı alınıb. Belə ki, aşkar edilən qanun pozuntuları ilə bağlı inzibati protokollar tərtib edilib, torpaqların üst münbit qatının daşıyan avtomobillər aidiyyəti rayonların polis şöbələrinə tədbir görülməsi üçün təhvil verilib.

Son xəbərlər

Orphus sistemi