Yuxarı

​Azərbaycanda bəzi yol istismar idarələri və müəssisələri MMC-yə çevrilib

Bu, Azəravtoyol ASC-nin nizamnaməsinin dəyişməsi ilə əlaqədardır

Bakı. 22 iyun. REPORT.AZ/ "Azəravtoyol" ASC-nin balansında olan bəzi yol istismar idarələri və müəssisələri təşkilatı-hüquqi formasını və adını dəyişib. "Report" xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumata görə, Bakı 1 saylı Yol İstismar İdarəsi "Bakı 1№-li Yol İstismarı" MMC-yə, 89 saylı Yol İstismar Müəssisəsi "Bakı 3№-li Yol İstismarı" MMC-yə, Qobustan 2 saylı İstismar İdarəsi "Bakı 10№-li Yol İstismarı" MMC-yə, Texnoloji İxtisaslaşmış Yol İstismar İdarəsi "2№-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə, 67 saylı Yol İstismar Müəssisəsi "5№-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə, 70 saylı İstismar Müəssisəsi "7№-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC-yə, 41 saylı Yol İstismar İdarəsi is' "24№-li Yol İstismarı" MMC-yə çevrildiyini elan edib.

Məsələ ilə bağlı "Report"a açıqlama verən "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən dəyişiklik təmsil etdiyi qurumun nizamnaməsinin dəyişməsi ilə əlaqədardır. Onun sözlərinə görə, yeni nizamnaməyə uyğun olaraq "Azəravtoyol"da struktur dəyişiklikləri aparılıb və indiyə qədər MMC formasında fəaliyyət göstərməyən yol istismar idarələri və müəssisələrinin təşkilatı-hüquqi formasının və adının dəyişdirilməsinə qərar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi