Yuxarı
    Bağlamaq

    Azərbaycanda beynəlxalq avtomobil daşımaları üçün dövlət rüsumu artırılıb

    Milli Məclisin “Dövlət rüsumu haqqında” qanununa dəyişikliklər edib

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanununa dəyişikliklər layihəsi təsdiqlənib.

    “Report”un xəbərinə görə, qanunun 24.7-ci maddəsinə edilən dəyişikliklərə əsasən, Azərbaycan ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumu dərəcələri dəyişdirilir.

    Belə ki, Beynəlxalq nəqliyyat forumunun “icazə”lərinin (Avropa Nəqliyyat Nazirlərinin konfransının jurnallarının) satışına görə, atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-4 ekeloji normalara uyğun olan yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir il olan “icazə”lərin (jurnalların) hər bir vahidinə görə 500 ABŞ dolları, atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-5 və daha yüksək ekoloji normalara uyğun olan yük avtonəqiliyyat vasitələri üçün etibarlılıq müddəti bir olan “icazə”lərin (jurnalların) hər bir vahidinə 300 ABŞ dolları, yük avtonəqliyyat vasitələri üçün etibarlılıq müddəti bir ay olan “icazə”lərin (jurnalların) hər bir vahidinə yüz ABŞ dolları müəyyən edilib.

    Dəyişikliklər layihəsi səsverməyə qoyularaq qəbul edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi