Yuxarı
    Bağlamaq

    Azərbaycanda bərələrlə daşınan quru yüklərin həcmi artıb

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 5 aylıq hesabatını açıqlayıb

    Bakı. 16 iyun. REPORT.AZ/ Bu ilin ilk 5 ayında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb. Artım həm maye, həm də quru yüklərdə qeydə alınıb. Bu, AXDG-dən "Report"a daxil olan məlumatda qeyd edilib. 

    Hesabata əsasən, yanvar-may ayları ərzində tanker və bərələrlə ümumilikdə illik müqayisədə təxminən 2 dəfə çox - 1 553 847 ton maye yük daşınıb.

    "Eyni dövrdə bərələrlə daşınan quru yüklərin çəkisi  660 871 ton olub. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 54 150 ton çoxdur. Hesabata görə, quru yük gəmiləri və "Ro-Ro" ilə daşınılan yüklərin həcmi də artıb. Belə ki, bu tip gəmilərlə beş ayda 305 006 ton yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 52 503 ton artıq yük deməkdir", - deyə məlumatda qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi