Yuxarı
    Bağlamaq

    Azərbaycanda 40 min hektar torpaq sahəsinin səmərəsiz istifadə olunmasının qarşısı alınıb

    Həmin ərazilərdə taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması nəzərdə tutulub© Report

    Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanda 32 müraciət üzrə 95 min hektardan artıq torpaq sahəsinin təyinatı dəyişdirilib.

    “Report” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) açıqlamasında bildirilir.

    Məlumatda deyilir ki, bunun 81,739 hektarlıq hissəsində 19 aqroparkın yaradılması, qalan 13,68 hektarlıq hissəsində 4 iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulub.

    Bundan başqa, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində 6 ay ərzində 40 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair bağlanmış icarə müqavilələrinə xitam verilib. Həmin torpaqlar geri qaytarılaraq yenidən səmərəli şəkildə istifadə istiqamətində işlər həyata keçirilir, iri taxılçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması, meyvə bağlarının salınması və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür.

    Həmçinin kənd təsərrüfatı məqsədi ilə 184 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

    Ümumilikdə ölkədə qeyri-neft sektorunun o cümlədən, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar aidiyyəti mərkəzi və yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 166 min hektar torpaq sahələrinin kateqoriyası dəyişdirilib. Həmin torpaq sahələri Aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilib.

    Eyni zamanda yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülmüş tədbirlər nəticəsində indiyədək 240 min hektar səmərəsiz istifadə olunan kənd təsərrüfatı təyinatlı torpaq sahələri geri qaytarılıb və əkin dövriyyəsinə cəlb olunması üçün zəmin yaradılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi