Yuxarı

​Azərbaycanda 18 MMMC dövlət qeydiyyatından keçib

Hazırda Bakı, Sumqayıt, Xırdalan və Mingəçevirdə bununla bağlı tədbirlər həyata keçirilir

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycanda mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlərə uyğun olaraq 2015-ci ildə 9 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) qeydiyyatdan keçib.

“Report” İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən məlumat verir ki, bununla da, dövlət qeydiyyatına alınan mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 18-ə çatıb.

Hazırda Nazirlik Bakı, Sumqayıt, Xırdalan və Mingəçevirdə yerləşən çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi, yeni MMMC-nin yaradılması ilə bağlı müvafiq təşkilati işlər həyata keçirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi