Yuxarı
    Bağlamaq

    ​Azərbaycana yüzlərlə yeni taksi gətirilir

    Bu, Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məqsədi ilə təşkil olunub

    Bakı. 26 yanvar. REPORT.AZ/ Bu ilin iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Bakıya 300 ədəd yeni "London" taksiləri gətirilib.

    "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov bildirib: "I Avropa Oyunlarının təşkili çərçivəsində sürücülər xüsusi hazırlanır, onlar üçün treninqlər keçirilir. Sürücülər üçün yaddaş kitabçası işlənib paylanılır, xarici turistlərlə və qonaqlarla dil problemini aradan qaldırmaq üçün ingilis dili kursları da keçirilir".

    Z.Məmmədov qeyd edib ki, Nəqliyyat Nazirliyində ilk Avropa Oyunları ilə bağlı xüsusi proqram mövcuddur. Bu proqram turistlərin, idmançıların, ölkə əhalisinin gediş-gəlişinin rahat təşkili üçün hazırlanıb.

    Nazir əlavə edib ki, artıq 300 ədəd "London taksi"si kimi tanınan avtomobillər ölkəyə gətirilib, onlardan 200-nə dövlət nömrəsi alınıb. Fevralın sonu - martın əvvəlində daha 200 ədəd maşın ölkəyə daxil olacaq və hazır vəziyyətə gətiriləcək.

    Bununla yanaşı, Azərbaycana Fransadan müasir texnologiyalarla təchiz olunmuş avtobuslar gətirilir. Z.Məmmədov qeyd edib ki, bu nəqliyyat vasitələri Avropa Oyunları üçün gətirilsə də, sonda ölkə əhalisinə xidmət edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi