Azərbaycana "Renault"un yeni krossoveri gətiriləcək

Azərbaycana "Renault"un yeni krossoveri gətiriləcək Avtomobil istehsalçısı satış bazarını genişləndirir
İnfrastruktur
1 Avqust , 2016 16:58
Azərbaycana Renaultun yeni krossoveri gətiriləcək

Bakı. 1 avqust. REPORT.AZ/ Fransanın "Renault" şirkətinin Rusiyada yığılan "Renault Kaptur" krossoverinin satışı Azərbaycanda da reallaşdırılacaq. "Report"un "Tvoyo-avto" saytına istinadən verdiyi məlumata görə, avtomobil istehsalçısı ixrac əməliyyatlarını əvvəlcə Belarus və Qazaxıstana həyata keçirməyi planlaşdırır. Növbəti mərhələ də isə krossoverlərin Azərbaycan və Emənistana göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bu modelin Moskvada yığılmasına 2016-cı ilin aprel ayında başlanılıb.

Şirkət gələcəkdə "Kaptur" modelini uzaq xaricə də ixrac etmək niyyətindədir. Bu ölkələr sırasında Vyetnamın da adı çəkilir, daha sonra isə digər bazarlar nəzərdən keçirilir. Hazır avtomobillərdən başqa, "Renault" avtomobil hissələrinin tədarükünü təşkil etməyi də planlaşdırır. Şirkət hazırda Əlcəzairə ixrac tədarükləri barədə məsələni nəzərdən keçirir. Bu ölkəyə "Renault Logan"ın rənglənmiş gövdəsi (kuzov) göndərilməlidir.

Son xəbərlər

Orphus sistemi