Azərbaycana müvəqqəti gətirilən köhnə avtomobillər ehtiyat hissələr şəklində satılır

Azərbaycana müvəqqəti gətirilən köhnə avtomobillər ehtiyat hissələr şəklində satılır Bu səbəbdən bu cür maşınların ölkəyə gətirilməsi üçün zamindurma tələbi irəli sürülüb
İnfrastruktur
4 Fevral , 2015 13:48
Azərbaycana müvəqqəti gətirilən köhnə avtomobillər ehtiyat hissələr şəklində satılır

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycana qonşu ölkələrdən müvəqqəti olaraq köhnə avtomobillər gətirilir və burada ehtiyat hissələri çıxarılaraq satılır. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, bu səbəbdən artıq bir neçə aydır DGK qonşu ölkələrdən bu cür maşınların gətirilməsi üçün ölkə daxilində zamindurma tələbi irəli sürüb: "Artıq bir neçə aydır ki, ölkəyə gətirilən avtonəqliyyat vasitələri üçün yeni tələblər qoyulub. Qonşu ölkələrdən Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinə ölkə daxilində kimsə zamin durmalıdır ki, bu maşınlar ehtiyyat hissələr halına gətirilməyəcək. Yaxud "Avro-4" standartına cavab verməyən maşınlar müvəqqəti idxal rejimində ölkəyə gətirildikdən sonra etibarnamə ilə kiməsə satılmayacaq".

DGK sədri hesab edir ki, bu tipli addımlar bir neçə problem nəzərə alınmaqla atılır. Bunların sırasında ekoloji məsələlər, gömrük rüsumlarından yayınma və digər amillər var.

Son xəbərlər

Orphus sistemi