Azərbaycana məxsus yük vaqonlarının Türkiyədə istismarı imkanları sınaqdan keçirilib

Azərbaycana məxsus yük vaqonlarının Türkiyədə istismarı imkanları sınaqdan keçirilib Bakı. 29 oktyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) vaqon xidmətinin rəisi Bəşir Əsədov və Texniki-istehsalat şöbəsinin rəisi Əlövsət Nəcəfov Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları Daşımaçılıq təsərrüfatının mühəndisləri ilə birgə tarixi bir hadisəyə imza atıblar.
İnfrastruktur
29 Oktyabr , 2018 16:36
Azərbaycana məxsus yük vaqonlarının Türkiyədə istismarı imkanları sınaqdan keçirilib
0 : 00
0 : 00

Bakı. 29 oktyabr. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) vaqon xidmətinin rəisi Bəşir Əsədov və Texniki-istehsalat şöbəsinin rəisi Əlövsət Nəcəfov Türkiyə Cümhuriyyəti Dövlət Dəmir Yolları Daşımaçılıq təsərrüfatının mühəndisləri ilə birgə tarixi bir hadisəyə imza atıblar.

Bu barədə “Report”a ADY-dən bildirilib.

Məlumata görə, Azərbaycan dəmir yoluna məxsus olan bir ədəd yarımvaqon Türkiyə dəmir yolunun Qars stansiyasında yerli qatarın tərkibinə qoşulmaqla Sarıqamış, Ərzurum, Ərzincan, Dibriği, Bostanqaya kimi böyük stansiyalardan keçərək Sivas stansiyasına qədər 8 saatlıq yol qət edib.

Aparılan testin nəticələrinə görə, Azərbaycan dəmir yoluna məxsus olan yük vaqonları qardaş ölkənin ərazisindən yük daşımalarına cəlb edilə bilər və qarşılıqlı yük mübadiləsində əhəmiyyətli rol oynamaq imkanına malikdir.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan dəmir yoluna məxsus yük vaqonları 1520 mm izli yollarda hərəkət edir və Türkiyədə mövcud olan 1435 mm izli yollara daxil olmaq üçün Gürcüstanın Axalkalaki stansiyasında təkər cütlərinin dəyişdirilməsi həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi