Yuxarı

Azərbaycana dəmir yolu döşəyən kran gətirilib

Kran dəmir yolunun təmir və tikintisi prosesində yolların döşənməsi və sökülməsi üçün nəzərdə tutulub

Bakı. 17 mart. REPORT.AZ/ "Pervaya Qruzavaya Kompaniya" Səhmdar Cəmiyyətinin Sankt-Peterburq filialı 102 tondan çox ağırlığa malik iriölçülü dəmir yolu döşəyən kranın Azərbaycana daşınmasını həyata keçirib.

SC-dən "Report"a verilən məlumata görə, kran dəmir yolunun təmir və tikintisi prosesində yolların döşənməsi və sökülməsi üçün nəzərdə tutulub.

İriölçülü yükün təhlükəsiz şəkildə daşınması üçün SC-nin Sankt-Peterburq filialının əməkdaşları onun çatdırılmasının logistik sxemini hazırlayıb, eləcə də yüklənmə və boşaldılma prosesinə nəzarət edib. Kran təhlükəsizlik məqsədiylə hər iki tərəfində platforma olmaqla qatarla daşınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi