Azərbaycana dəmir yolu döşəyən kran gətirilib

Azərbaycana dəmir yolu döşəyən kran gətirilib Kran dəmir yolunun təmir və tikintisi prosesində yolların döşənməsi və sökülməsi üçün nəzərdə tutulub
İnfrastruktur
17 Mart , 2016 12:05
Azərbaycana dəmir yolu döşəyən kran gətirilib

Bakı. 17 mart. REPORT.AZ/ "Pervaya Qruzavaya Kompaniya" Səhmdar Cəmiyyətinin Sankt-Peterburq filialı 102 tondan çox ağırlığa malik iriölçülü dəmir yolu döşəyən kranın Azərbaycana daşınmasını həyata keçirib.

SC-dən "Report"a verilən məlumata görə, kran dəmir yolunun təmir və tikintisi prosesində yolların döşənməsi və sökülməsi üçün nəzərdə tutulub.

İriölçülü yükün təhlükəsiz şəkildə daşınması üçün SC-nin Sankt-Peterburq filialının əməkdaşları onun çatdırılmasının logistik sxemini hazırlayıb, eləcə də yüklənmə və boşaldılma prosesinə nəzarət edib. Kran təhlükəsizlik məqsədiylə hər iki tərəfində platforma olmaqla qatarla daşınıb.

Son xəbərlər

Orphus sistemi