​Azərbaycana avtomobil idxalı 7 dəfə azalıb

​Azərbaycana avtomobil idxalı 7 dəfə azalıb Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb
İnfrastruktur
16 Avqust , 2016 17:41
​Azərbaycana avtomobil idxalı 7 dəfə azalıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən müxtəlif təyinatlı 2 879 avtomobil gətirilib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 dəfə azdır.

Son 1 ildə sürücü daxil olmaqla 10 və daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 15 dəfə azalaraq 44-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər avtomobillərin idxalı 7 dəfə azalaraq 2 475-ə, yük maşınlarının idxalı 4,25 dəfə azalaraq 300-ə, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 3,3 dəfə azalaraq 60-a düşüb.

Son xəbərlər

Orphus sistemi