Azərbaycan ​Xəzərdə üzən gəmilərdə ciddi nöqsanlar aşkar edib

Azərbaycan ​Xəzərdə üzən gəmilərdə ciddi nöqsanlar aşkar edib Yoxlanılan bütün gəmilərdə qüsurlar olub
İnfrastruktur
16 Aprel , 2015 11:59
Azərbaycan ​Xəzərdə üzən gəmilərdə ciddi nöqsanlar aşkar edib

Bakı. 16 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Dəniz Administrasiyası bu ilin yanvar-mart aylarında Xəzər dənizində 41 gəmi yoxlayıb. Yoxlanılan gəmilərin hər birində pozuntular qeydə alınıb.

"Report"a daxil olan məlumata görə, yoxlamalar zamanı Xəzərdəki gəmilərdə texniki və xilasedici vasitələrin yararsız olması, onların istifadə müddətinin bitməsi, düzgün istifadə edilməməsi, tələblərə uyğun olmaması halları aşkar edilib.

Bundan başqa, son 8 ayda Xəzərdə İran və Rusiyaya məxsus ümumilikdə 35 gəmidə yoxlama işləri aparılıb. Bu gəmilərin ancaq 2-si istisna olmaqla, digərlərində müxtəlif nöqsanlar aşkar olunub və müvafiq aktlar tərtib edilib. Pozuntular əsasən İran gəmilərində aşkarlanıb. 

Son xəbərlər

Orphus sistemi