Yuxarı
    Bağlamaq

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin investisiyaları 300 mln. dollara çatacaq

    Rauf Vəliyev: Hazırda Gəmiqayırma Zavodunda 4 ədəd yeni gəmi sifariş olunub© Report.az

    Bakı. 23 iyun. REPORT.AZ/ Fəaliyyətə başlamasından ötən beş il ərzində "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin həyata keçirdiyi investisiyaların ümumi həcminin ən azı 300 mln. ABŞ dollarına çatacağı gözlənilir.

    "Report" xəbər verir ki, bunu 23 iyun - Dənizçi günü peşə bayramı münasibətilə keçirilən tədbirdə QSC-nin sədri Rauf Vəliyev bildirib.

    O qeyd edib ki, 3 il ərzində "Xəzər Dəniz Gəmiçiliyi" balansına 17 ədəd gəmi qəbul edib: "Bu gəmilərin dəyəri 155 mln. dollar təşkil edib. Bu, qurumun 3 il müddətində daxili vəsaitlər hesabına yatırdığı investisiyadır". 

    "Hazırda Gəmiqayırma Zavodunda 4 ədəd yeni gəmi sifariş olunub. Bu da 110 mln. dollarlıq investisiyadır. Beləliklə, əgər əlavə sərmayə olmasa, fəaliyyətə başlamasının 5 illiyində investisiyanın həcmi 300 mln. dollara yaxın olacaq", - deyə şirkət rəhbəri bildirib.

    R.Vəliyev hazırda "Xəzər Dəniz Gəmiçiliyi"nin 11 gəmisinin beynəlxalq sularda üzdüyünü də qeyd edib.

    Qeyd edək ki, Azərbaycan Prezidentinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən, ölkədə mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi