​Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin istifadəyə verilmə tarixi bəlli olub

​Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin istifadəyə verilmə tarixi bəlli olub Yeni gəmilər 10 tona qədər müxtəlif göyərtə yükü də götürə biləcək
İnfrastruktur
5 Oktyabr , 2015 14:39
​Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmilərinin istifadəyə verilmə tarixi bəlli olub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tərəfindən Bakı Gəmiqayırma Zavoduna sifariş olunmuş 80 nəfərlik 3 ədəd yeni sərnişin gəmisinin tikintisi davam edir.

Qurumdan "Report"a daxil olan xəbərə görə, hər üç gəminin gövdəsi tam hazırdır, mexanizmlərin və sistemlərin quraşdırılması prosesi gedir. Bu il təhvil verilməsi planlaşdırılan ilk gəmidə yanacaq, yağ və su çənlərinin hidravlik sınaqları uğurla yekunlaşıb, üst tikili əsas göyərtəyə qaynaq olunub, baş mühərriklər də artıq yerinə quraşdırılıb.

Digər iki gəminin gələn il hazır olacağı planlaşdırılır.

Gəmilərin gövdəsi polad, üst tikililəri isə alüminium materialdan hazırlanır. Yüngül materialların tətbiqi, hər birinin gücü 1895 kVt olan 2 baş mühərrikin qoyulması sərnişin gəmilərinə 40 km/saata yaxın sürət yığmağa imkan verəcək. Bu, mövcud gəmilərlə müqayisədə 2 dəfə çoxdur.

Eyni zamanda, yeni gəmilər 10 tona qədər müxtəlif göyərtə yükü də götürə biləcək. Beləliklə, neftçilərin və yüklərin dəniz platformalarına daha tez və daha rahat çatdırılması təmin ediləcək.

Son xəbərlər

Orphus sistemi