Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyası ilə görüş keçirilib

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyası ilə görüş keçirilib Gəmiçiliyin sədri Rauf Vəliyev vəKorporasiyanın departament direktoru Dmitriy Pryaxin əməkdaşlıq haqqında fikir mübadiləsi aparıb
İnfrastruktur
27 Oktyabr , 2017 11:18
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyası ilə görüş keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəhbər heyəti ilə Rusiyanın Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) nümayəndələri arasında işgüzar görüş keçirilib.

Bu barədə “Report”a Gəmiçilikdən bildirilib.

Məlumatda deyilir ki, görüşdə qonaqlar təmsil etdikləri şirkət haqqında ətraflı məlumat veriblər. Onların sözlərinə görə, BGK-nın nəzdində fəaliyyət göstərən və Rusiyanın ən qədim gəmiqayırma müəssisələrindən olan “Krasnoye Sormovo” zavodunun əsası 1849-cu ildə qoyulub və bu müddət ərzində dünyada analoqu olmayan gəmilər tikməklə Rusiya hüdudlarından kənarda belə şöhrət qazana bilib.

Gəmiçiliyin sədri Rauf Vəliyev və BGK-nın Marketinq və satış Departamentinin direktoru Dmitriy Pryaxin əməkdaşlıq haqqında fikir mübadiləsi aparıb, ikitərəfli əlaqələrin perspektivlərini müzakirə ediblər.

Görüşdə “Krasnoye Sormovo”da reallaşdırılan son layihələrin təqdimatı da olub. Rusiya çaylarında kruiz sahəsində istimar ediləcək yeni sərnişin gəmisi haqqında ətraflı məlumat verilib.

BGK-nin nümayəndələri Xəzərdə istismar ediləcək sərnişin gəmiləri haqqında da danışıblar. Gəmiçiliyin sədri bildirib ki, hazırda Azərbaycan da bu sahədə hərtərəfli araşdırma aparır.

Xatırladaq ki, Krasnoye Sormovo” zavodu ilə Azərbaycanın dərin tarixi əlaqələri mövcuddur. Belə ki, 1971-ci ildən Azərbaycan gəmiçiliyi üçün zavodda maye və quru yüklər daşıyan 17 gəmi inşa edilib. Zavod Rusiyanın Hərbi Dəniz Qüvvələri üçün 300-ə yaxın sualtı, o cümlədən 26 atom gəmisi tikib. 

Son xəbərlər

Orphus sistemi