Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici sularda fəaliyyətini genişləndirir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici sularda fəaliyyətini genişləndirir Bakı. 19 dekabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Gəncə” tankeri Xəzərdən kənarda maye yükdaşımalarına cəlb olunub.
İnfrastruktur
19 Dekabr , 2017 11:09
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici sularda fəaliyyətini genişləndirir

Bakı. 19 dekabr. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Gəncə” tankeri Xəzərdən kənarda maye yükdaşımalarına cəlb olunub.

“Report” Gəmiçiliyə istinadən xəbər verir ki, bununla da qurumun Xəzərdən kənarda üzən gəmilərinin sayı 13-ə çatıb.

Onlardan 11-i quru yük gəmisi, ikisi isə tankerdir.

“Gəncə” tankeri ilk yükləmə əməliyyatını Rusiyanın Tuapse limanında həyata keçirəcək. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək tankerin istismarına nəzarəti, eyni zamanda texniki xidməti Gəmiçiliyin Türkiyədəki “Casptankers” şirkəti həyata keçirəcək.

Dedveyti 7,017 ton, uzunluğu 140,85 metr, eni 16,86 metr olan bu tanker “Volqa-Don-Maks” tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. “Gəncə” gəmisi Gəmiçiliyin xaricdə maye yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək. Həmçinin artması proqnozlaşdırılan maye yüklərin daşınmasını təmin etmək üçün “Gəncə” tipli tankerlərin böyük iqtisadi əhəmiyyəti var. Qeyd edək ki, tanker istismara ötən il Prezident İlham Əliyevin də iştirak etdiyi mərasimdə verilib.

Xatırladaq ki, Gəmiçiliyin xarici sulardakı fəaliyyəti uzun fasilədən sonra 2014-cü ildə Prezident İlham Əliyevin tapşırığına əsasən “Üzeyir Hacıbəyli” və “Natəvan” gəmilərinin alınması ilə bərpa edilib. 

Son xəbərlər

Orphus sistemi