Yuxarı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" tender elan edib

Gəmiçilik tenderi müxtəlif mal-materialların satın alınması məqsədi ilə keçirir

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC açıq tender keçirir. "Report"un "Respublika" qəzetinə istinadən verdiyi məlumata görə, gəmiçilik paranit və MBS rezin təbəqələri, plastmas borular və aksessuarlar, təsərrüfat malları və müxtəlif mal-materiallar, müxtəlif yastıqlar və polad burazlar, müxtəlif tipli gəmi çırağı, projektorlar, elektrik lampalar, emal məftilləri, polad təbəqə, polad borular, polad künclüklər, taxta materiallar, müxtəlif alətlər və kəsici vasitələr, yuyucu vasitələr və təsərrüfat malları, yanğınsöndürmə ləvazimatları, müxtəlif dərman preparatları, mətbəx ləvazimatları, müxtəlif tikinti malları və mal-materialların satın alınmasına dair açıq müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2016-cı il 23 sentyabr saat 18:00-dək (012) 493-41-52 telefon və ya tender@acsc.az elektron ünvanı vasitəsilə əlaqə saxlayaraq, müsabiqədə iştirak etmək üçün zəruri sənədlər haqqında ətraflı məlumat əldə edə bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi