Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ili 108 mln. manat xalis mənfəətlə başa vurub

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ili 108 mln. manat xalis mənfəətlə başa vurub Gəmiçilik aktivlərini 12% artırıb
İnfrastruktur
8 May , 2017 16:47
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ötən ili 108 mln. manat xalis mənfəətlə başa vurub

Bakı. 8 may. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin aktivləri bu il yanvarın 1-nə 901,666 mln. manat təşkil edib.

“Report” Gəmiçiliyin maliyyə hesabatına ostinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 12,2% çoxdur.

Ötən il müəssisənin uzunmüddətli aktivləri 7,5% artaraq 668,835 mln. manata, cari aktivləri isə 28% artaraq 232,831 mln. manata çatıb.

Hesabat dövründə səhmdar cəmiyyətin öhdəlikləri 14,7% azalaraq 94,257 mln. manata, o cümlədən uzunmüddətli öhdəlikləri 13,8% azalaraq 34,768 mln. manata, cari öhdəlikləri isə 15,2% azalaraq 59,489 mln. manata düşüb.

İl ərzində Gəmiçiliyin cəmi kapitalı 16,45% artaraq 807,409 mln. manata, nizamnamə kapitalı isə 14,8% artaraq 440,051 mln. manata çatıb.

2016-cı ildə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin gəlirləri 501,291 mln. manat (2015-ci ilə nisbətən 36,7% çox), xərcləri isə 352,867 mln. manat (27,9% çox) təşkil edib. Son nəticədə şirkətin xalis əməliyyat mənfəəti 148,424 mln. manat olub. Bu isə illik müqayisədə 63,5% çoxdur.

Gəmiçilik 2016-cı ildə 40,158 mln. manat mənfəət vergisi ödəyib ki, bu da 2015-ci illə müqayisədə 84,5% çoxdur. Bununla da, səhmdar cəmiyyəti ötən ili 108,266 mln. manat xalis mənfəətlə başa vurub. Bu isə əvvəlki ilə nisbətən 56,9% çoxdur. 

Son xəbərlər

Orphus sistemi