​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin idarələri ləğv edilib

​"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin idarələri ləğv edilib Mənzil Kommunal Təsərrüfat İdarələrinin əməkdaşları işsiz qalıb
İnfrastruktur
7 Aprel , 2015 16:05
​Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin idarələri ləğv edilib

Bakı. 7 aprel. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-də struktur dəyişiklikləri edilib. "Report"un əldə etdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarı ilə qurumun Mənzil Kommunal Təsərrüfat İdarələri (MMTİ) ləğv edilib.

Qərar əsasında ləğv edilən MMTİ-lər Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına verilib.

Qeyd edək ki, Mənzil Kommunal Təsərrüfat İdarələrinin ləğv olunması nəticəsində idarənin əməkdaşları işsiz qalıblar.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İnzibati işlər və ictimaiyyətlə əlaqələr Departamenti bu məsələni şərh edərkən bildirib ki, həmin idarələr artıq qurumun balansında olmadığına görə əməkdaşları da işdən ayrılıblar: "Bəziləri imkan daxilində daxili yerlərdə yerləşdirilib. Amma digərləri kənarda qalıb".

Məlumata görə, MMTİ-lərin ləğvi nəticəsində 30-dan çox işçi işsiz qalıb.

Son xəbərlər

Orphus sistemi