Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir Müraciət üçün son tarix iyulun 6-sıdır
İnfrastruktur
23 İyun , 2017 19:35
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr keçirir

Bakı. 23 iyun. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC müxtəlif növ çıraqlar və projektorların, dizel generator və cərəyan tənzimləyicilərinin, xüsusi gəmi təyinatlı və zirehli bron kabellərinin, közərmə və projektor elektrik lampalarının, təmir-tikinti işlərində və gəmilərdə istifadə olunan elektrik mallarının satın alınması üşün açıq müsabiqələr elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

Müraciət üçün son tarix iyulun 6-sıdır.

Ünvan: Bakı şəhəri, Rəsulzadə küçəsi 5.

Əlaqə telefonu: (012) 493-41-52: (012) 404-37-00 daxili: 1132

Son xəbərlər

Orphus sistemi