"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" müsabiqələr elan edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" müsabiqələr elan edib Ətraflı məlumat www.acsc.az saytında yerləşdirilib
İnfrastruktur
22 Noyabr , 2016 09:28
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr elan edib

Bakı. 22 noyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bina və köməkçi binaların dam örtüyü və rəflərin yanğına qarşı oda davamlı məhlulla hopdurulması işlərinin, polad təbəqə, polad borular və polad künclüklər və rezin boruların satınalınması məqsədilə açıq müsabiqələr keçirir. "Report" xəbər verir ki, müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc.az saytına daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. 

Müraciətlər noyabrın 24-nə qədər Bakı şəhəri, Rəsulzadə küçəsi,5 ünvanında qəbul edilir. 

QSC həmçinin neft şlamının daşınması və utilizasiyası xidmətinin də satınalınması məqsədilə də açıq müsabiqə keçirir.

Bu müsabiqə üzrə müraciətlər noyabrın 29-u saat 18.00-a qədər adı çəkilən ünvana təqdim olunmalıdır. 

Son xəbərlər

Orphus sistemi