Yuxarı
    Bağlamaq

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” işçilərini mükafatlandırma proqramı ilə idarə edəcək

    Bu gün həmin sistemin təqdimatı olub

    Bakı. 3 mart. REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (AXDG) əməkdaşların fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sistemini özündə ehtiva edən Həvəsləndirmə və Mükafatlandırma Proqramının (Performance Based Remuneration System - KPİ) təqdimatı olub.

    Gəmiçilikdən "Report"a daxil olan məlumata görə, AXDG QSC sədrinin strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev və strateji inkişaf və investisiya layihələri departamentinin rəisi Tariyel Mirzəyev Həvəsləndirmə və Mükafatlandırma sisteminin Gəmiçilikdə tətbiqi ilə bağlı məlumatla çıxış ediblər.

    Bildirilib ki, proqramın hazırlanması işlərinə Gəmiçilikdə ötən ildən başlanılıb. Belə ki, 2016-cı ilin iyulunda bu sahədə tanınmış beynəlxalq məsləhətverici şirkət olan “Ernst&Young”in Qazaxıstan ofisi dəvət edilib, AXDG-nin korporativ idarəetmə sistemi qiymətləndirilib və onun daha da təkmilləşdirilməsi üçün “Yol Xəritəsi” hazırlanıb. “Yol Xəritəsi”ndə bir sıra layihələrlə yanaşı, Həvəsləndirmə və Mükafatlandırma Proqramının hazırlanması da yer alıb. Eyni zamanda, Prezident İlham Əliyevin 5 sentyabr 2016-cı il tarixli sərəncamına əsasən, səhmlərinin nəzarət zərfi dövlətə məxsus şirkətlərdə fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi və fəaliyyətin nəticələrinə əsaslanan ödəniş sisteminin hazırlanması üzrə tapşırıq verilib.

    Təqdimatda çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev xüsusi ilə vurğulayıb ki, əməkdaşların fəaliyyəti onlara şamil edimiş müvafiq korporativ və fərdi KPİ-lara il ərzində nailolunma dərəcəsinə əsasən qiymətləndiriləcək. Sədr bildirib ki, hazırda Gəmiçilik bu sistemi tətbiq edən ilk dövlət müəssisələrindəndir və beynəlxalq təcrübədə özünü müvəffəqiyyətlə doğruldub. Bu sistemin tətbiqi korportativ idarəetmə və inkişaf üçün olduqca əhəmiyyətlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi