"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Həştərxanda daimi ofisini açıb

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Həştərxanda daimi ofisini açıb Qubernator: "Həştərxanda Azərbaycan biznesi üçün maraqlı ola biləcək başqa sahələr də var"
İnfrastruktur
17 Noyabr , 2015 12:30
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Həştərxanda daimi ofisini açıb

Bakı. 17 noyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC Həştərxanda daimi ofisini açıb. "Report" Həştərxan vilayətinin rəsmi portalına istinadən xəbər verir ki, açılış mərasimindən sonra vilayət qubernatoru Aleksandr Jilkinlə şirkətin sədri Rauf Vəliyev arasında görüş keçirilib.

"Bu gün biz filial yox, bütöv bir şirkətin açılışını etdik. O, Həştərxanda qeydiyyatdan keçib. Şirkətimiz regionla əməkdaşlıq baxımından hər cür imkandan yararlanacaq. O cümlədən "Lotos" xüsusi iqtisadi zonanın layihələrində iştirak etmək niyyətindəyik", - R.Vəliyev görüşdə bildirib.

Gəmiçiliyin tərkibinə ticarət və neft donanmasının da daxil olduğunu qeyd edən sədr QSC-nin həm limanlar arasında tranzit əlaqələrinin, həm də "Lukoyl"un Xəzər dənizinin şimalında həyata keçirdiyi gəmiçilik layihələrində iştirak imkanlarını nəzərdən keçirəcyini bildirib.

Vilayət başçısı öz növbəsində, Həştərxanda Azərbaycan biznesi üçün maraqlı ola biləcək bəzi sahələrin, o cümlədən Xəzər dənizi regionunun bazarına yönəlmiş və iştirakçılarına xüsusi imtiyazlar verən "Lotos" azad iqtisadi zonanın olduğunu vurğulayıb.

R.Vəliyev gəmiçiliyin gəmilərinin müəyyən hissəsinin Həştərxanda olduğunu xatırladaraq təmsil etdiyi şirkətin bu vilayətdə bir çox sahələrdə qarşılıqlı xeyir verəcək iş görə biləcəyinə əminliyini bildirib. "Həştərxan özümüzü çox rahat hiss etdiyimiz xüsusi regiondur", - Azərbaycan şirkətinin sədri bildirib.

Aleksandr Jilkin və Rauf Vəliyevin, həmçinin Olya limanı vasitəsilə bərə əlaqəsinin inkişaf planını müzakirə edib. Region rəhbəri Bakı-Həştərxan aviareysinin bərpasının mümkünlüyünü də bildirib. Qubernatorun sözlərinə görə, Həştərxandakı tur operatorlar turistləri Azərbaycana göndərməklə bağlı yeni marşrutu sınaqdan keçirməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi