Yuxarı
    Bağlamaq

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi dənizdəki qəza ilə bağlı gəmiləri hadisə yerinə səfərbər edib

    Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirir

    Bakı. 15 dekabr. REPORT.AZ/ Dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın dənizə düşməsi barədə məlumat “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSС-yə daxil olan kimi dərhal Gəmiçilik tərəfindən təxirəsalınmaz tədbirlər görülüb. Bu barədə AXDG-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumatda bildirilib.

    Məlumata görə, SOCAR və Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlanaraq, tələb olunan gəmilər hadisə yerinə mobilizasiya olunub: "Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə Gəmiçiliyin “Lənkəran”, “Vadim Seyidov” “Gültəkin Əsgərova”, “Aura”, “Qaradağ-8”, “Qaradağ-4”, “Ramiz Hacıyev”, “Avior” və AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan olan “Vixr-5” və “Vixr-8” gəmiləri hadisə yerinə dərhal səfərbər edilib. Əməliyyatlara həmçinin AXDG/"Caspian Marine Services" alyansının “Xudafərin”, AXDG/"BUE Caspian" alyansının “Caspian Pride” və “Caspian Provider” gəmiləri də cəlb olunub".

    Hadisə ilə əlaqədar AXDG-nin Böhran Qrupu SOCAR və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işini koordinasiya edir.

    "Ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirir", - deyə məlumatda qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi