"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" müsabiqələr elan edib

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" müsabiqələr elan edib Müraciətlər noyabrın 24-nə qədər qəbul edilir
İnfrastruktur
18 Noyabr , 2016 09:34
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi müsabiqələr elan edib

Bakı. 18 noyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC plastmas borular və aksessurların, alçıpan, lambir və laminatın, elektrik mallarının, müxtəlif tikinti mal-materialların, boya və lakların, habelə gəmilərdəki hidravlik sistemlərə və avtomatika sahələrinə texniki xidmətlərin, rezin boruların və kompüter və təşkilati texnikaların alınmasına dair açıq müsabiqələr elan edib. Bu barədə "Report" rəsmi mətbuata istinadən xəbər verir. 

Müsabiqələrdə iştirak etmək istəyən şəxslər www.acsc.az saytına daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciətlər noyabrın 24-nə qədər Bakı şəhəri, Rəsulzadə küçəsi,5 ünvanında qəbul edilir.

Son xəbərlər

Orphus sistemi