Bakı. 6 oktyabr.REPORT.AZ/ “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 0,4 kVlıq köhnə elektrik şitlərinin sökülüb çıxarılması, yeni alınmış elektrik şitlərinin quraşdırılması, qoşulması, sazlanması və giriş kabelinin gücləndirilməsi xidmətinin satınalınması məqsədilə açıq müsabiqə elan edib.
"Report"un "Xalq" qəzetinə istinadən verdiyi xəbərə görə, tenderdə iştirak etmək istəyən şəxslər oktyabrın 13-ü saat 18:00-dək aşağıda qeyd olunan email və ya telefon vasitəsilə əlaqə saxlayaraq müsabiqədə iştirak etmək üçün əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Ünvan: Bakı, Rəsulzadə küçəsi, 5. Əlaqə telefonu: (012) 493-41-52 Email: [email protected]