Yuxarı
    Bağlamaq

    Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi açıq müsabiqə keçirir

    Müraciət üçün son tarix fevralın 1-dir

    Bakı. 25 yanvar. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC KMY-5 (SAP sayı 2002423, buraxılış ili 1955) körpülü kran və onun yollarının əsaslı təmiri işləri, habelə KPM-32/16 markalı (Saap 2002066, istehsal tarixi 1985-ci il) demontaj olunmuş liman kranın daşınaraq mövcud kranaltı yolda quraşdırılmasına və əsaslı təmirinin alınması məqsədilə açıq müsabiqə elan edir.

    "Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, müsabiqədə iştirak etmək istəyən şəxslər www.acsc.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər.

    Müraciət üçün son tarix 1 fevral saat 18:00-dir. Sənədlər Bakı şəhəri, Rəsulzadə küçəsi,5 ünvanına təqdim olunmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi