Yuxarı
    Bağlamaq

    Azərbaycan "Vikinq" layihəsinə qoşulmağa hazırlaşır

    Layihəyə qoşulmaqla bağlı rəsmi təklif sentyabrın sonunda göndərilib

    Bakı. 12 noyabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC "Vikinq" nəqliyyat layihəsinə qoşulmağı planlaşdırır. "Report" Litva Nəqliyyat və Kommunikasiya Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ son iki gündə Gürcüstan paytaxtı Tbilisidə layihə iştirakçılarının növbəti toplantısında müzakirə olunur.

    "Layihəyə Azərbaycan dəmir yol xətlərinin də daxil edilməsi konteyner qatarı marşrutunu Asiyanın daha uzaq ölkələrinə qədər genişləndirmək, Qazaxıstan və Çinə alternativ yolla çatmaq imkanı yaradacaq", - Litvanın nəqliyyat və kommunikasiya üzə vitse-naziri Saulyus Girdauskas deyib.

    Litva Nəqliyyat və Kommunikasiya Nazirliyi "Vikinq" layihəsinə qoşulmaqla bağlı Azərbaycan Nəqliyyat Nazirliyinə rəsmi təklifi sentyabrın sonunda göndərib. Azərbaycanın bu təklifə müsbət cavab verdiyi və bu gün bitəcək toplantıdan sonra dəmir yol xətlərimizin də "Vikinq" layihəsinə qoşulacağı gözlənilir. Litva nazirliyinin məlumatına görə, Bakı-Tbilisi-Qars xəttinin layihəyə qoşulması ilə Litvaya Qazaxıstan və Çindən daha çox yük daşımaq mümkün olacaq.

    Bu ilin ilk yarısında "Vikinq" layihəsi ilə təxminən 19,5 min TEU yük daşınıb ki, bu, 2014-cü ilin eyni dövrü ilə müqayisədə 2% çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi