Yuxarı

Azərbaycan "Viking train" marşrutu üzrə iki qatar yola salacaq

Bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin əhəmiyyətini artıracaq

Bakı. 9 iyun. REPORT.AZ/ "Viking train" marşrutu üzrə Azərbaycandan iki qatar yola salınacaq. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib. O, bildirib ki, həmin iki qatar avqust-sentyabr aylarında yola salınacaq.

Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını nəzərdə tutur. Belə ki, “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərq istiqamətində (Orta Asiya və Çin), həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. 

Bu layihə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi və onun bir hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolu xəttinin əhəmiyyətini artıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi