Yuxarı
    Bağlamaq

    ​Azərbaycan və Ukrayna prezidentləri tranzit məsələlərini müzakirə ediblər

    Prezidentlər Xəzər dənizindən keçməklə Çin və İran istiqamətində tranzit marşrutunun inkişafı üçün zəruri hərəkətləri əlaqələndiriblər

    Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Ukrayna məhsullarına qoyduğu embarqo ilə bağlı yaranan vəziyyəti müzakirə ediblər, həmçinin Xəzər dənizindən keçməklə Çin və İran istiqamətində tranzit marşrutunun inkişafı üçün zəruri hərəkətləri əlaqələndiriblər.

    "Report" "Forbes" nəşrinə istinadən xəbər verir ki, bu barədə Davosda iki ölkə başçısı arasında keçirilən görüşün yekunu üzrə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

    "Ukrayna və Azərbaycan prezidentləri Rusiyanın Ukrayna məhsullarına qoyduğu embarqo və tranzit daşınmaları üzrə qadağa ilə bağlı yaranan vəziyyəti müzakirə ediblər. Bununla əlaqədar dövlət başçıları İliçevskidən "Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin" marşrutu üzrə ilk konteyner qatarı reysinin uğurla yola salınmasını alqışlayıblar. Pyotr Poroşenko və İlham Əliyev Xəzər dənizindən keçməklə Çin və İran istiqamətində tranzit marşrutunun inkişafı üçün zəruri hərəkətləri əlaqələndiriblər", – deyə məlumatda bildirilir.

    Bundan əlavə, tərəflər neft-qaz və energetika, həmçinin tikinti, nəqliyyat və rabitə sahələrində ikitərəfli ticari-iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.

    "Azərbaycan tərəfi Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiq edib", – deyə məlumatda qeyd olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi