Azərbaycan və Ukrayna dəmir yolları arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan və Ukrayna dəmir yolları arasında əməkdaşlıq memorandumu imzalanıb Sənəd Bakıda keçirilən biznes-forumu çərçivəsində imzalanıb
İnfrastruktur
25 Noyabr , 2016 12:35
Azərbaycan və Ukrayna dəmir yolları arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakıda keçirilən "Strateji Tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda "Azərbaycan Dəmir Yolları" QSC ilə "Ukrayna Dəmir Yolları" PSC arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum, habelə strateji əməkdaşlıq haqqında "Transkonteyner" PSC və "Korporasiya Port Dalyan Ltd." müqavilə imzalayıblar. 

"Report" xəbər verir ki, bundan başqa, "Azərbaycan Dəmir Yolları" QSC və "TransKonteyner" PSC arasında qarşılıqlı əməkdaşlıq haqqında, "Azərbaycan Dəmir Yolları" QSC və "Rusaqrotrans" QSC arasında əməkdaşlıq haqqında memorandum, "RJD Stroy" SC ilə "Bakı Metropoliteni" QSC arasında əməkdaşlıq haqqında və Hindistan Nəqliyyat-Logistika Assosiasiyasılarının Federasiyası və "RJD Logistika" SC arasında strateji tərəfdaşlıq barəsində memorandum imzalanıb.

Son xəbərlər

Orphus sistemi